AZ

Rumıniya klubunun rəhbərindən “Qarabağ”la bağlı AÇIQLAMA

Rumıniya FKSB klubunun rəhbəri Cici Bekali “Qarabağ”la ilə Bakıda keçiriləcək Avropa Liqasının oyunundan danışaraq, komandasının əsas mərhələnin sonunda ilk 8-likdə yer almaq şansı ilə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, “Fanatik”ə danışan Rumıniya klubunun rəhbəri Ağdam klubunu məğlub edə biləcəklərini söyləyib:
 

“Püşkatmadan əvvəl demişdim ki, 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edəcəyik. Hələ iki qələbəmiz və heç-heçəmiz var. Düşünürəm ki, “Olimpiakos”u, sonra “Qarabağ”ı məğlub edəcəyik. İstəyirəm ki, ilk 8-liyi bitirərək pley-offa yüksələk”.


“Qarabağ” – FKSB oyunu gələn il yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və oyuna saat 21:45-də start veriləcək. Hazırda Rumıniya çempionu 9 xalla ümumi cədvəldə 8-ci, “Qarabağ” isə isə 3 xalla 29-cu pillədədir.

Bizim.Media

Seçilən
19
5
bizim.media

3Mənbələr