“Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi personalın göndərilməsi ilə bağlı qərar qəbul etməyib”.
Turkustan.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.
Brüsseldə keçirdiyi brifinqdə Stano bildirib ki, Aİ-nin bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Xatırladaq ki, iddia olunur ki, Tramp Rusiya – Ukrayna arasında bufer zonanın yaradılacağını və həmin əraziyə Aİ-nin hərbi qüvvələrini yerləşdirəcək. /konkret.az/