AZ

Pərviz Şahbazov: "EİB Azərbaycanla "yaşıl enerji" tərəfdaşlığında maraqlıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2027-ci ilədək Azərbaycanın enerji sisteminə inteqrasiya ediləcək bərpa olunan enerji layihələri 2,5 milyard ABŞ dolları investisiya dəyərindədir".
Oxu.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Avropa İnvestisiya Bankının (EİB) vitse-prezidenti Tereza Çervinska ilə görüşündə bildirib.
Bildirilib ki, ölkəmizin "yaşıl enerji keçidi" istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə müzakirələr aparılıb.
Növbəti mərhələdə əsasən ixracyönümlü layihələrin həyata keçiriləcəyi, bu aspektdə "Xəzər-Qara dəniz-Avropa" və "Mərkəzi Asiya-Azərbaycan" yaşıl enerji dəhlizlərindən danışılıb. "Yaşıl enerji" dəhlizləri, enerji şəbəkələri, enerji sistemlərinin təkmilləşdirilməsi, hidrogen və enerji səmərəliliyi sahələrində Bankla investisiya əməkdaşlıq imkanları dəyərləndirilib.
T.Çervinska Azərbaycanın bərpa olunan enerji layihələri üzrə atdığı addımları yüksək qiymətləndirib və Bankın ölkəmizlə "yaşıl enerji" tərəfdaşlığında maraqlı olduğunu ifadə edib.
Seçilən
22
50
oxu.az

10Mənbələr