AZ

Gənc qadın diz çökərək kişiyə evlilik təklifi etdi - Video

Avstraliyanın Sidney şəhərində baş tutan evlilik təklifi müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, buna səbəb kişinin qadına yox, qadının kişiyə evlilik təklif etməsidir.

Məlumata görə, qeyri-adi təklif oktyabrın 27-də gerçəkləşib.

Belə ki, gənc qadın Sidney şəhərinin Kiribilli bölgəsində Sidney limanı mənzərəli əraziyə sevgilisi ilə gəlib.

Məkan əvvəlcədən çiçəklər və romantik masa ilə bəzədilib. Əraziyə gözü bağlanmış vəziyyətdə gətirilən oğlan gördükləri qarşısında xeyli təəccüblənib. 
Adı mətbuata məlum olmayan qadın diz çökərək sevgilisinə üzük taxıb. Cütlük daha sonra qucaqlaşıb.

Avstraliyalılar arasında evlilik təklifinin kişinin etməli olduğunu deyənlərlə yanaşı, qadını dəstəkləyənlər də var.

Bəziləri hesab edir ki, gənc qadın cəmiyyətdəki tabuları yıxaraq cəsarətli addım atıb.

Bununla belə sözügedən görüntülərin evlilik təklifinin şirkətinin PR işi olduğunu iddia edənlər də var.

Billurə

Seçilən
27
1
olke.az

2Mənbələr