AZ

2024-cü ilin üçüncü rübündə ən çox satılan smartfonlar hansılardır?

2024-cü ilin üçüncü rübündə qlobal smartfon satışında "İPhone 15" lider olub. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Counterpoint Research" tədqiqat şirkətinin hesabatında deyilir.

 

İkinci və üçüncü yerləri daha bahalı olan "İPhone 15 Pro Max" və "İPhone 15 Pro" tutub.


 
Analitiklər qeyd edib ki, "Pro" modelləri ilk dəfə olaraq üçüncü rübdə iPhone satışlarının yarısını təşkil edib.

 

"Samsung"un "Galaxy A" seriyası isə onluqda dörd yeri tutub. Beləliklə, dördüncü-yeddinci yerlər "Galaxy A15 4G", "A15 5G", "A35 5G" və "Galaxy A05" smartfonlarının olub.

 

Səkkizinci və doqquzuncu yerləri "İPhone 14" və "Xiaomi Redmi 13C" tutub.

 

"Samsung"un "Galaxy S24" seriyasının baza modeli isə onuncu yerdə qərarlaşıb. 

 

Ekspertlərin fikrincə, 2018-ci ildən bəri ilk dəfədir ki, "Galaxy S" modeli qlobal satışların ilk onluğunda yer alır.

 

Firuzə Əliyeva

Seçilən
2
1
sfera.az

5Mənbələr