AZ

Bakı-Sumqayıt qatarında niyə yubanma olub? - SƏBƏB

Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı 50 dəqiqədən çox yubanmadan sonra mənzil başına yola düşüb.   Manset.az xəbər verir ki, bu barədə Report-a sərnişinlər məlumat veriblər. Onların bildirdiyinə görə, 17:25-də Bakıdan yola çıxan qatar Xırdalan stansiyasında təxminən 50 dəqiqə dayanıb. Sərnişinlər gecikmənin səbəbi kimi elektrik təchizatında yaranan nasazlığı göstəriblər. Bu problem dəmir yolu infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranıb.

Bakı-Sumqayıt qatarının daimi sərnişinlərinin sözlərinə görə, payız-qış mövsümündə bu marşrut üzrə hərəkət edən qatarlarda belə yubanmalar tez-tez baş verir və bu, ilk dəfə müşahidə olunan hal deyil.

Seçilən
47
13
manset.az

10Mənbələr