UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Beşiktaş” - “Makkabi” (Tel-Əviv, İsrail) matçının keçiriləcəyi ölkə açıqlanıb.
“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstanın Debretsen şəhərində baş tutacaq.
Matç noyabrın 28-də keçiriləcək.
Qeyd edək ki, Avropa ali futbol qurumu daha əvvəl təhlükəsizlik səbəbindən görüşün İstanbulda deyil, başqa ölkədə keçirilməsinə qərar vermişdi.