AZ

"Bu dünyada hamımız qonağıq" - Xatirə kövrəldi

Müğənni Xatirə İslam "Xəzər axşamı" verilişində kövrək anlar yaşayıb. Axşam.az xəbər verir ki, proqramda mərhum sənətçiləri xatırlayan sənətçi insanları mehriban olmağa səsləyib:

 

"Yaxın keçmişdə İslam Rzayev, Məhəbbət Kazımov, Yaşar Nuri kimi gözəl sənətkarlarımız var idi. Həmin dövrdə biz də var idik. İndi isə onlar yoxdur. Vaxt gələcək biz də olmayacağıq. Ona görə də xahiş edirəm ki, hamı biri-biri ilə mehriban olsun. Bu dünyada biz hamımız qonağıq. Adi şeylərin üstündə, mahnı belə oldu, paltar belə oldu, bunlar üstündə dava etməyək. Davaları yadımızdan çıxaraq. Küsəndə də əl yeri qoyaq, kökündən vurmayaq. Düşünürəm ki, vallah, dəyməz. Davalara, günahlara girməyə, qəlb qırmağa vallah dəyməz".

Tarix: 11 Noyabr 2024, 21:23   
Seçilən
26
1
pravda.az

2Mənbələr