AZ

“Beşiktaş” – “Makkabi” matçı Macarıstanda keçiriləcək

Futbol üzrə Avropa Liqasının Liqa mərhələsinin “Beşiktaş” – “Makkabi” (Təl-Əviv) oyununun hansı ölkədə keçiriləcəyinə aydınlıq gəlib.

Arena.az xəbər verir ki, Türkiyə klubu Avroliqanın Liqa mərhələsinin 5-ci turu çərçivəsində qarşılaşacağı İsrail təmsilçisini Macarıstanda qəbul edəcək.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Yaxın Şərqdə baş verən hadisələri nəzərə alan UEFA təhlükəsizlik məsələlərini əsas gətirərək oyunun neytral şəhərdə – Debretsendə keçirilməsinə razılıq verib.

Qeyd edək ki, azarkeşlərin buraxılmayacağı “Beşiktaş” – “Makkabi” matçı noyabrın 28-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə 21:45-də başladacaq.

Xatırladaq ki, bu klubların görüşü İstanbulda baş tutmalı idi, amma sonradan, Türkiyə hakimiyyəti mümkün təxribatlardan ehtiyat edərək, oyunun keçirilməsi üçün bitərəf məkan seçilməsini tələb etmişdi.

Seçilən
22
arena.az

1Mənbələr