AZ

Baş nazir Bakidan müxalifət' mesaj verdi

"Müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu isə onlarda olmayan ictimai dəstəkdir".

Bunu Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“4 il əvvəl müxalifətin eyni cəhdi olub və onlar müəyyən uğur qazanıblar, çünki biz o vaxt kənar müdaxilələr nəticəsində danışıqlara getməyə, 19 aprel sazişini imzalamağa məcbur olmuşuq, indi onların resursları belə yoxdur. Ona görə də proseslər çox rahat şəkildə həyata keçiriləcək. Yaxın vaxtlarda MSK-da seçkilərin nəticələrinə yekun vurulacaq, daha sonra ayın sonuna kimi parlamentin ilk iclası keçiriləcək və bundan sonra bir neçə günə hökumətin yeni tərkibi təsdiqlənəcək. Çox güman ki, ayın sonuna kimi bütün bunlar baş tutacaq, proseslər çox rəvan davam edəcək.

İctimai dəstək iqtidarın, iqtidar komandasının tərəfindədir, müxalifətin tərəfində isə praktiki olaraq dəstək sıfırdır, əsas olan budur. Müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu isə onlarda olmayan ictimai dəstəkdir”- deyə baş nazir bildirib.

"Cebheinfo.az"

Seçilən
5
2
cebheinfo.az

3Mənbələr