AZ

Ərəb Liqası və İƏT ölkələri Qəzza sammitinin yekun bəyanatını qəbul ediblər

Ərəb Liqası və İƏT ölkələri Qəzza sammitinin yekun bəyanatını qəbul ediblər

Misir, Qətər və ABŞ-ın iştirakı ilə Qəzza ilə bağlı danışıqların uğursuzluğa düçar olmasına görə məsuliyyət İsrailin üzərinə düşür.AFN.az xəbər verir ki, bu, Ərəb Dövlətləri Liqası və İƏT sammitinin yekun bəyannaməsində əksini tapıb.Bəyanatda deyilir ki, ərəb və islam ölkələri İsrailin Livandakı müvəqqəti BMT qüvvələrinə hücumlarını pisləyib. Ərəb Dövlətləri Liqası və İƏT sammiti BCM-ni Fələstin xalqına qarşı cinayət törədən İsrail rəsmilərinin həbsinə order verməyə çağırıb.Ölkələr həmçinin beynəlxalq ictimaiyyəti İsraili Qəzza zolağından qoşunlarını çıxarmağa məcbur etməyə çağırıb.Ərəb Liqası və İƏT bütün dünya dövlətlərini İsrailə silah və sursat tədarükünü qadağan etməyə çağırıb.Hər iki qurum İsrailin BMT Baş Assambleyası və digər qurumlarda iştirakını dondurmağa çalışacaq.Ərəb Liqası və İƏT sammiti BMT Təhlükəsizlik Şurasından İordan çayının qərb sahilindəki hərəkətlərinə görə İsrailə qarşı sanksiyalar tətbiq etməyi tələb edir.

Seçilən
34
1
afn.az

7Mənbələr