AZ

"Arena Plaza Hotel & Apartments" işçi axtarır - VAKANSİYA

Arena Plaza Hotel & Apartments

Qəbul və qeydiyyat şöbəsi meneceri

Son tarix 08 dek 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  •  Ön Büro, Qonaqlarla Əlaqələr, Qonaq Xidmətləri və Rezervasiya daxil olmaqla Ön Bürodakı bütün işçiləri istiqamətləndirmək;
  •  Gələn qonaqlar üçün otaqları bloklamaq və hər hansı uyğunsuzluğun aradan qaldırılmasını təmin etmək.;
  •  Xüsusi Qonaqlar və Qruplarla düzgün kommunikasiyanı təmin etmək üçün gündəlik gəlişləri nəzərdən keçirmək;
  •  Yüksək standardları qorumaq üçün Hotelin Ön Bürosunun əməliyyatlarının idarə edilməsinə cavabdeh olmaq;
  •  Qonaqların məmnuniyyət səviyyəsini qiymətləndirmək və tendensiyaları izləmək;
  •  Qonaqların şikayətlərini təhlil etmək, araşdırmaq və müsbət istiqamətdə həllini təmin etmək;
  •  Müvafiq onlayn platformalarda müştəri məmuniyyətini təqib etmək və müştəri məmuniyyətinin artırılması üçün tədbirlər planı hazırlamaq;
  •  Bütün maliyyə və kredit prosedurlarına əməl olunmasını təmin etmək;
  •  Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;
  •  Qonaq otaqlarının inventarını və daimi yoxlanışını həyata keçirmək;
  •  Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
  •  Xidmət keyfiyyətinin artırılması üçün lazım olduqda Ön Büro işçilərinə dəstək vermək;
  •  Təsərrüfat və Texniki dəstək şöbəsi ilə daim əlaqədə olmaq;
  •  Bütün işçilərin müvafiq sahələrdə təlim keçməsini təmin edərkən qiymətlər, tariflər, xüsusi təkliflər, paketlər, proqramlar və s. haqqında ətraflı məlumatlandırmaq;
  •  Rəhbəri olduğu şöbə əməkaşlarının müvafiq növbələrə əsasən işə cəlb edilməsini daim qeydiyyat cədvəlləri ilə tənzimləmək;
  •  Planlaşdırılmış Performans Qiymətləndirmələrini aparmaq və lazım olduqda işçilərə həm müsbət, həm də konstruktiv real vaxt rejimində rəy vermək;

Tələb olunan bilik, bacarıq və təcrübə

  • 100 və daha çox otaq sayı olan hoteldə minimum üç il ön büro təcrübəsi;
  • Minimum bir il eyni sahədə idarəetmə təcrübəsi;
  • Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini yerində tapmaq;
  • Yüksək liderlik, müsbət, aydın danışıqla qonaqlarla aydın və birbaşa ünsiyyət qurmaq bacarığı;
  • Müvafiq və ya yaxın sahədə Ali təhsil;
  • Azərbaycan, ingilis – əla (Rus dili biliyi əlavə üstünlükdür)
  • Elektra proqramı üzrə təcrübə;
  • Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
  • Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı

Əmək haqqı: Razılaşma yolu ilə

Ünvan: Bakı şəhəri, H.Əliyev pr. 115, Bina 187C

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində Qəbul və qeydiyyat şöbəsinin meneceri göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq

Seçilən
33
fed.az

1Mənbələr