AZ

"Anam Taysonun vurduğu zərbələrə baxa bilmir" - 58 yaşlı Maykın 27 yaşlı rəqibi

Məhşur amerikalı bloger və boksçu Ceyk Pol həmyerlisi Mayk Taysonun zərbələrindən qorxub-qorxmadığı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Parry Punch" belə çatdırıb: 

"Hə, doğrudan qorxuram. Anam Taysonun vurduğu zərbələrə baxa bilmir. Onun zərbələri anamı qorxutduğu üçün qarşılaşmanı izləməyəcək".

Xatırladaq ki, Pol və Mayk arasında keçiriləcək səkkiz raundluq qarşılaşma rəsmi statuslu görüş olacaq. Tərəflər noyabrın 16-da üz-üzə gələcəklər. 

27 yaşlı Polun hesabında peşəkar boksda 10 qələbə var ki, bunlardan da 7-də nokaut qeydə alınıb. 58 yaşlı Tayson isə qazandığı 50 qələbənin 44-də rəqiblərini nokautla yenib. Mayk 6, Pol 1 dəfə uduzub.

Nihat

Seçilən
14
fanat.az

1Mənbələr