AZ

Veteran futbolçu Tovuzdakı oyundan danışdı: “Çox gözəl hisslər yaşadıq”

Dünən “Turan” və “Kəpəz” klubunun veteran futbolçuları arasında yoldaşlıq görüşü baş tutub. Tovuz şəhər stadionunda baş tutan görüş qollu bərabərliklə başa çatıb – 5:5.

Matçda “Turan”ın heyətində meydana çıxan Ülfət Məmmədov “FutbolPress“ə açıqlamasında oyunla bağlı hisslərini bölüşdü:

“Oyun çox yaxşı təşkil edilmişdi. Gəncə komandasından 25-ə qarşı veteran futbolçu gəlmişdi. Çox maraqlı yoldaşlıq görüşü alındı. Çempionat oyunlarını azarkeşlər necə gəlib, dəstək olurdularsa, veteranlara da elə dəstək göstərdilər. Uzun müddət görmədiyimiz futbolçularla biryerdə olmaq gözəl hissdir. Belə oyunlar tez-tez təşkil olunsa, çox gözəl olar. İllərdir bir-birini görməyən oyunçular yenidən meydanda oldu. Çox gözəl hisslər yaşadıq. Bir keçmiş futbolçu kimi “Turan Tovuz” rəhbərliyinə təşəkkür edirəm ki, gözəl oyun təşkil etdilər”.

Şahin Cəfərov

Seçilən
31
futbolpress.az

1Mənbələr