AZ

Trent Aleksander-Arnold iki həftə futbol oynamayacaq

İngiltərənin “Liverpul” klubunun sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə Premyer Liqasının 11-ci turunda “Aston Villa”ya qarşı keçirilən matçdan (2:0) sonra futbolçunun diz bağında zədə aşkar edilib. Həkimlərin rəyinə görə 26 yaşlı müdafiəçi təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Futbolçunun “Mançester Siti” ilə oyuna hazır olacağı gözlənilir.

Qeyd edək ki, “Liverpul” – “Mançester Siti” matçı dekabrın 1-də keçiriləcək.

Xatırladaq ki, ingilis müdafiəçi “Aston Villa” ilə oyunda zədələnərək, 25-ci dəqiqədə şimaliirland həmkarı Konor Bredli ilə əvəzlənmişdi.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 325 oyun, 19 qol və 83 məhsuldar ötürmədən ibarətdir.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı nüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
5
arena.az

6Mənbələr