AZ

Azərbaycanda yeni sosial paket həyata keçiriləcək

Bakı. Trend:

Azərbaycanda növbəti ildən yeni sosial paket həyatakeçiriləcək.

Trend xəbər verirki, bunu COP29 məkanında jurnalistlərə açıqlamasında əmək vəəhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev tərəfindən bəyanedildi ki, Azərbaycanda növbəti ildən yeni sosial paket həyatakeçiriləcək. Bu çərçivədə həm minimum əməkhaqqı, həm də minimumpensiyalar artırılacaq. Bununla bağlı təkliflər hazırlanıb, hazırdamüvafiq dövlət büdcəsinin daxilində nəzərə alınıb.

Mən düşünürəm ki, dövlət büdcəsi müzakirələri yekunlaşdıqdansonra elan ediləcək. Müzakirələrdən öncə elan etmək düzgünolmaz.

Hər il ölkədə həm yaşayış minimumu artırılır, həm ehtiyac meyarıartırılır, həm də eyni zamanda onlara müvafiq olaraq sosialyardımın müəyyən edilməsinin meyarları, minimum əməkhaqqı vəminimum pensiyalar artırılır. Hamısı sosial paketin tərkibhissələridir. Mən düşünürəm ki dövlət büdcəsinin ümumi parametrləritəqdiq olunduqdan sonra bu rəqəmlərin hər biri açıqlanacaq", -nazir qeyd edib.

Seçilən
19
1
az.trend.az

2Mənbələr