AZ

Trampla Putin nədə anlaşıb? – Rəy

“Vaşinqton Post” nəşri etibarlı mənbəsinə istinadla bildirib ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub: iddiaya görə, onlar Ukraynada hərbi əməliyyatların dayandırılmasını müzakirə ediblər. Tramp Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün danışıqlarda maraqlı olduğunu bildirib.

Tribunainfo.az-ın məlumatına görə, siyasi şərhçi Turan Rzayev bildirib ki, Kreml belə bir telefon danışığının olmasını təkzib edib. Lakin bununla belə iddia diqqət çəkir:

“Ümumiyyətlə, Tramp Rusiya-Ukrayna müharibəsinin uzandığını düşünür. Yəni münaqişənin həlli üçün nələrsə etməsi istisna deyil. Lakin bu, nə Ukraynaya dəstəyin birmənalı kəsilməsi kimi radikal qərarla, nə də Rusiyaya təzyiqlə olacaq. Tramp emosional olsa da, ağıllı və təcrübəli siyasətçidir. Ən əsası da biznesmendir. Yəni onun proseslərə baxışı daha çox maraqlar kontekstindədir.

O, sülh istəyir, lakin belə bir sülh bərabərhüquqlu olmalıdır. “Vaşinqton Post” iddia edir ki, Tramp söhbət zamanı Ukraynaya dəstək xərcləri ilə bağlı narahatlıq ifadə edib. Hətta siyasətçi təklif edib ki, dünya Ukraynadan öz ərazisinin bir hissəsini, məsələn, Krımı Rusiyaya verməsini tələb edə bilər.

Ərazi hesabına sülhün əldə edilməsi variantı tez-tez dilə gətirilir. Lakin bu daha çox Putinin sülh təklifidir. Özü də bu variant çox ağır şərtləri özündə ehtiva edir. Ukrayna bunu çətin ki, qəbul etsin. Nəinki Ukrayna, Qərb də bu variantı qəbul etməz. Krımın ilhaqı ilə kifayətlənərək bu varianta korrektələr etmək olar, lakin bu da risklidir. Çünki Rusiya bundan cəsarətlənə bilər. Digər tərəfdən işğalın leqallaşması dünya siyasi sistemində bənzər hadisələrin təkrarlanmasına və intensiv hal almasına gətirib çıxarar.

Trampın sülhdə maraqlı olması ən azından Rusiya ilə ABŞ arasında təmasların qurulmasına, danışıqların başlamasına səbəb ola bilər. Münaqişənin həlli asan və qısa müddətdə mümkün olmasa da, atəşkəsin təmin olunması, müəyyən razılığın əldə edilməsi mümkündür”.

Nigar

Seçilən
13
1
tribunainfo.az

10Mənbələr