Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirak edir.
Bu gün, 12 noyabrda, “PAŞA Bank” Yaşıl Zonada “Korporativ dayanıqlılıq” adlı panel müzakirəsini təşkil edir. Yerli və xarici mütəxəssisləri bir araya gətirən paneldə korporativ dayanıqlılığın prinsipləri, bu sahədə beynəlxalq təcrübə, müəssisələr tərəfindən ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin əməliyyatlara effektiv tətbiqi barədə fikir mübadiləsi aparılacaq.