COP29 tədbiri ilə bağlı ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Bakıda qeyri-rəsmi şam yeməyində görüşüblər.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Belarus liderinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lukaşenko BƏƏ Prezidenti tərəfindən qeyri-rəsmi şam yeməyinə dəvət olunub.
Şam yeməyində BƏƏ nümayəndə heyəti, İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah və Albaniyanın Baş naziri Edi Rama da iştirak edib.
Həmin görüntüləri təqdim edirik: