AZ

Yağış zamanı baş vermiş hadisələrlə bağlı prokurorluqda iş açılıb - Eldar Əzizov

"Bu dəfə yağan yağış nəticəsində zəif yerləri görmüş olduq. Bilirsiniz ki, kanalizasiya su təchizat sistemi ADSEA-nın, tunellərin subasması isə "Azərtikinti yol"un balansında olan strukturlardır".

Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib:

"Bakı Şəhər İcra Hakimiyyəti koordinator kimi çıxış etməlidir. Biz özümüzü bu məsuliyyətdən qəti kənarlaşdırmırıq. Əksinə, qurumlarla əməkdaşlıq edirik. Artıq belə bir hadisələrin təkrar baş verməməsi üçün lazımi tədbirlər görülür".

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin kanalizasiya xətlərinin və körpülərin keyfiyyəti ilə bağlı məhkəməyə müraciət edib-etməməsi məsələsinə də münasibət bildirib:

Seçilən
3
1
publika.az

2Mənbələr