Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) artıq ikinci günüdür.
"Cebheinfo.az" xəbər verir ki, COP29-un ikinci günündə hökumət rəsmiləri tədbirə gəlib. Qeyd edək ki, bu gün COP29 çərçivəsində liderlərin sammiti olacaq.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.