Bitcoin beynəlxalq maliyyə bazarlarında yenidən tarixi zirvəsinə yüksəlib.
Tribunainfo.az xəbər verir ki, son məlumata görə, kriptovalyutanın qiyməti “Binance” birjasında 88 min ABŞ dollarını keçib. Bu yüksəliş ABŞ-da prezident seçkilərinin nəticələri elan edildikdən sonra sürətlənib, və son vaxtlar Bitcoinin dəyəri təxminən 20 min dollar artıb.
Bu qiymət artışı, kriptoinvestorların ABŞ-ın maliyyə siyasətindəki qeyri-müəyyənliklər və inflyasiyaya qarşı qoruma məqsədi ilə Bitcoin və digər rəqəmsal aktivlərə olan tələbinin artmasından qaynaqlanır. İqtisadi qeyri-sabitlik dövründə, xüsusilə ənənəvi maliyyə bazarlarının gərgin olduğu zamanlarda, Bitcoin kimi kriptoaktivlərin yüksək maraq doğurduğu müşahidə olunur.