Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük.
Bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
“Tunellər isə “Azərtikinti”nin balansındadır. Amma buna baxmayaraq, BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq prokurorluqda iş açılıb. O hadisə baş verən tunel ADY-nin balansında olan tuneldir. Orada prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”, – Eldar Əzizov əlavə edib.