AZ

“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçiriləcək

Energetika Nazirliyinin COP29 çərçivəsində keçirəcəyi tədbirlərin siyahısı açıqlanıb.

Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün keçiriləcək görüş zamanı nazirlər səviyyəsində aparılacaq müzakirələrdə bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi müzakirə ediləcək.

Eyni zamanda, bp ilə Cəbrayıl rayonunda 240 meqavat gücündəki “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq Nazirlərin 9-cu iclasının keçirilməsi planlaşdırılır.

Seçilən
7
16
valyuta.az

10Mənbələr