"Bakıda keçirilən COP29-dan gözləntilər çoxdur". Manset.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29-un ikinci günündə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, COP29-un aydın şəkildə nəticələr ortaya qoyacağına ümidlər var: "İqlim dəyişikliyi ilə bağlı mövcud ehtiyaclara uyğun tələblər qoyulacaq. İnanırıq ki, bütün ölkələrin dəstəyi artacaq. Özəl sektor da maliyyələşmədə əsas mənbə kimi nəzərdən keçiriləcək".