1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Turan Tovuz" klubunun baş məşqçisi Kurban Berdıyev komandadan ayrılmaq istəyib.
Sportinfo.az xəbər verir ki, iyun ayında sükan arxasına keçən rusiyalı mütəxəssis "Səbail"lə səfər matçından (1:1) sonra bu istəyini klub rəhbərliyinə çatdırıb.
72 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqanın 13-cü turunda qeydə alınan uğursuz matçdan sonra müqaviləni pozmaq fikrinə düşüb.
Qeyd edək ki, klub rəsmiləri Berdıyevi komandada qalmağa razı sala biliblər.