AZ

Honkonq Mühəndislər İnstitutunun vitse-prezidenti: COP29 konfransı yüksək səviyyədə təşkil olunub

Azərbaycanda COP29 konfransında iştirak etmək mənim üçün əla bir təcrübədir, burada hər şey yüksək səviyyədə təşkil olunub. Azərbaycanlılar çox qonaqpərvər və intizamlıdırlar.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Honkonq Mühəndislər İnstitutunun vitse-prezidenti Frenk Çenq deyib.

"COP29-da müzakirə olunan əsas mövzulara iqlim maliyyəsi daxildir. Həmçinin konfransda karbon emissiyaların azaldılması müzakirə olunur. Bizim dayanıqlı gələcəyə nail ola bilməyimiz üçün bu mövzu çox böyük əhəmiyyət kəsb edir", - deyə F.Çenq bildirib.

Seçilən
23
ikisahil.az

1Mənbələr