AZ

Fatih Birol: Bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür

Bu il də qlobal səviyyədə enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür.

APA-Economics” xəbər verir ki bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol COP29 çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.

“Enerji səmərəliliyinin iki dəfə artırılması və bərpa olunan enerjidən istifadənin üç dəfə artırılması məqsədlərinə dair əldə edilən nəticələr qənaətbəxş deyil. Məyus olduğumuz nəticələr enerji səmərəliliyindədir. Keçən il biz qlobal enerji səmərəliliyinin illik artım tempini 2 %-dən 4%-ə yüksəldilməsi barədə razılaşdıq. Bununla belə, builki rəqəmlərə nəzər saldıqda qlobal enerji səmərəliliyinin artımı cəmi 1 % təşkil edir ki, bu da 10 il əvvəlki göstəricinin yarısıdır”- Fatih Birol qeyd edib.

Seçilən
14
3
apa.az

4Mənbələr