Arxeoloqlar qladiatorların qalıqlarını analiz edərək nə yediklərini müəyyən ediblər.
Milli.Az lent.az-a istinadən bildirir ki, arena döyüşçülərinin qəbiristanlığında tapılan sümüklərin analizinə əsasən məlum olub ki, Roma qladiatorlarının qidası əsasən bitkilərdən, meyvə-tərəvəzdən ibarət olub. Tədqiqat Vyana Tibb Universiteti və Bern Universitetinin alimləri tərəfindən aparılıb. Onlar aşkar ediblər ki, qladiatorların qida rasionunda əsas məhsullar dənli bitkilər olub və onlar çox nadir hallarda ət yeyiblər.
Həmçinin, sümüklərin təhlili göstərib ki, qladiatorlar döyüşlərdən və məşqdən sonra sağalmağa kömək edən bitki külündən hazırlanmış içki içiblər.
Vyana Universitetindən Fabian Kanz qeyd edib ki, bitki külü sağlamlığı dəstəkləmək və sümüklərin sağalmasını təşviq etmək üçün istifadə edilib, bu, fiziki fəaliyyətdən sonra qəbul edilən müasir maqnezium və kalsium əlavələrini xatırladır.
Kül içkisi haqqında məlumatlar qladiatorların sümüklərindəki stronsium səviyyəsinin təhlili ilə əldə edilib.
Milli.Az