AZ

Lempard Çempionşip klubunu çalışdıra bilər

"Çelsi" və "Everton"un keçmiş baş məşqçisi Frenk Lempard İngiltərənin subelit divizionunda yer alan klublardan birinə rəhbərlik edə bilər.

90deqiqe.Az-ın “TeamTalk”a istinadən məlumatına görə, ingilis mütəxəssis Mark Robinsin bu yaxınlarda tərk etdiyi "Koventri Siti"nin yeni baş məşqçisi ola bilər.

Hazırda klub Çempionat cədvəlində cəmi 17-ci yeri tutur. 

Xatırladaq ki, 46 yaşlı mütəxəssis karyerası ərzində "Çelsi", "Everton" və "Derbi Kaunti"ni çalışdırmağı bacarıb. Lempard 2023-cü ilin iyun ayından işsizdi.

Seçilən
17
90deqiqe.az

1Mənbələr