AZ

Polşa prezidenti COP29-da şəkil çəkdirməkdən niyə imtina edib? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. 

KONKRET.az xəbər verir ki, sammitdə liderlərin qarşılanma mərasimindən sonra birgə xatirə fotosu çəkdirilən zaman Polşa prezidenti Anjey Duda şəkil çəkdirməkdən imtina edib. Buna səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı olub.

Bu barədə TASS-a danışan polşa rəsmisi bildirib ki, bu, prezidentin öz qərarı olub: “Bu, ailə şəklidir, cənab prezident qərara gəlib ki, Aleksandr Lukaşenko ilə ailə şəklini çəkmək istəmir”.

Seçilən
2
5
konkret.az

5Mənbələr