Braziliya Futbol Konfederasiyası (CBF) "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə danışıqların aparılması ilə bağlı yayılan məlumatları təkzib edib
Publika.az xəbər verir ki, qurumun prezidenti Ednaldo Rodriges bununla bağlı açıqlama verib:
“O, dünyanın ən yaxşı məşqçilərindən biri olsa da, CBF onunla heç bir əlaqə saxlamayıb. Biz Dorival Juniorun məşqçilər korpusu ilə əməkdaşlıq edirik və onların işidən razıyıq.
Bəli, Dorival komandanın başında qalacaq. Məsələ burasındadır ki, onun 2026-cı ilə qədər müqaviləsi var, dünya çempionatına qədər qüvvədədir... Hər şey ondan asılıdır”.