AZ

“Sizi əsirlər maraqlandırmır, sadəcə onları siyasi kapitala çevirmək istəyirsiniz” – Rubinyan

“Sizi hərbi əsirlərin taleyi ilə maraqlandırmır, siz əsirlərin mövcudluğunu siyasi kapitala çevirmək istəyirsiniz”.

İnterpress.az xəbər verir ki, bu bunu erməni müxalifətinə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bu gün əsirlərlə bağlı məsələnin təcili müzakirəsi zamanı bildirib. O deyib ki, müxalifət əsirlərin taleyi ilə “sadəcə maraqlanmır”.

“Siz Azərbaycanda əsirlərin olmasını siyasi kapitala çevirmək istəyirsiniz, indi bunu etməyə çalışırsınız”, – o deyib.

Rubinyanın sözlərinə görə, 2020-ci ildən sonra yüzlərlə əsir müxtəlif mərhələlərdə geri qayıdıb.

“Başqa mövzu qalmayıb, ona görə də siyasi məqsədlər üçün əsirlərin olması məsələsini kapitallaşdırmaq qərarına gəldiniz, amma əslində erməni hərbi əsirlərin və digər məhbusların qayıdıb-qayıtmayacağı bu sessiyanın deyil, daha çox Ermənistanın diplomatik işidir”, – vitse-spikeri qeyd edib.

O, müxalifətə parlament və diplomatik işlərdə fəal iştirak etməyi tövsiyə edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
42
interpress.az

1Mənbələr