AZ

Slovakiya Prezidenti: İstənilən ölkə iqlim dəyişikliyi problemi qarşısında çox kiçikdir

Slovakiya iqlim dəyişikliyi ilə mübarizə məsələlərində birliyə nail olmağa çalışır və \"yaşıl keçid”də fəal iştirak edir.

AZXEBER.COM xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində bildirib.

\"Biz 1990-cı illə müqayisədə emissiyaları 50 faiz azaltmışıq. Plan və hədəfimiz 2030-cu ilə qədər bu emissiyaları 55 faiz azaltmaqdır\", - o vurğulayıb.

Prezident qeyd edib ki, konfrans çərçivəsində çoxsaylı tərəflərlə əməkdaşlıq etmək imkanı var: \"Düşünürəm ki, hamı bu tədbirdə iştirak etməlidir, çünki hər bir ölkə sahəsindən asılı olmayaraq iqlim dəyişikliyi problemi qarşısında çox kiçikdir\", - Prezident bildirib.

P.Pelleqrini həmçinin COP29-un təşkilindən məmnunluğunu ifadə edərək, Bakıda çox müsbət atmosfer hiss etdiyini söyləyib.
Seçilən
4
7
azxeber.com

8Mənbələr