AZ

“Aytraxt”ın futbolçusu: “Əsas diqqətimiz Azərbaycanla oyuna yönələcək”

“Biz Millətlər Liqasında mövsümü layiqincə başa vurmaq istəyirik”.

İdman.biz xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Karol Mets deyib.

Almaniyanın “Aytraxt” klubunda forma geyən müdafiəçi ölkəsinin Soccernet.ee saytına müsahibəsində UEFA Millətlər Liqasında Azərbaycan yığmasına qarşı oynayacaqları matçı dəyərləndirib. O, millimizlə qarşılaşmanın onlar üçün çox önəmli olduğunu etiraf edib: “Həm Azərbaycan, həm də Slovakiya ilə oyun çox vacibdir. Son zamanlar daha böyük komandalara qarşı yaxşı nəticələrimiz olmayıb. Ancaq əsas diqqət, şübhəsiz ki, Azərbaycanla oyuna yönələcək. Biz açıq deyirik ki, bu, əsas oyun olacaq. C liqasında qalmaq üçün böyük addım ata bilərik”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda təşkil olunacaq Azərbaycan - Estoniya oyunu saat 18:00-da start götürəcək.

İdman.biz

Seçilən
52
1
idman.biz

2Mənbələr