AZ

Ən çox "Bitcoin"ə sahib ölkə və şirkətlər

"Bitcoin", rekord qiymətini 90.000 dollara yaxın səviyyələrə qaldırdığı bir vaxtda "MicroStrategy", "Tesla", Salvador və Butan kimi böyük investorlar mühüm qazanc əldə ediblər.

"Bitcoin" investorları arasında olan bu ictimai şirkətlər və ölkələrin "BTC" portfelləri qiymət artımı ilə milyonlarla dollarlıq reallaşmamış mənfəətə çatıb.

Valyuta.az-ın "Trİnvesting"ə istinadən verdiyi xəbərə əsasən "MicroStrategy" ("MSTR"), "Bitcoin"in bu dəyər artımından ən çox fayda götürən şirkət olub və "BTC" portfeli 108% artaraq 24,96 milyard dollara çatıb. Maykl Saylorun təsisçi ortağı olduğu bu şirkət, hazırda hər biri 42.888 dollara başa gələn 279.420 "BTC"yə sahibdir. "MicroStrategy" 12,97 milyard dollar reallaşmamış qazanc əldə edib və "BTC"ni uzunmüddətli investisiya kimi gördüyünü, satmağı planlaşdırmadığını bildirir.

"Tesla" və "SpaceX" "Bitcoin" investisiyasından qazanan digər şirkətlərdir

"Tesla", 11.509 "BTC" ilə 1 milyard dolları aşan bazar dəyərinə sahib olmaqla, ən böyük ictimai "BTC" sahibi şirkətlərdən biridir. Son günlərdə "Tesla"nın "BTC" aktivlərini yeni bir cüzdana köçürməsi satışla bağlı spekulyasiyalara səbəb olsa da, bu addım şirkətin mövcud aktivləri qorumağa davam edəcəyini göstərir.

Şirkətin CEO-su Elon Maskın digər şirkəti olan "SpaceX" isə 725,4 milyon dollar dəyərində "BTC"yə sahibdir ki, bu da iki şirkətin birlikdə 1,73 milyard dollarlıq "BTC" portfelinə malik olduğunu ifadə edir.

Ən çox "Bitcoin"ə sahib olan ölkələr

Salvador "Bitcoin"i qanuni ödəniş vasitəsi kimi qəbul edən ilk ölkə olmaqla yanaşı, ilin əvvəlindən etibarən gündəlik "BTC" alımlarını artıraraq, ümumi 6.154 "BTC"ə çatıb. Beləliklə, ölkənin xəzinəsindəki "BTC" portfeli 502 milyon dollara yüksəlib. Bu vəziyyət, Salvadorun "BTC" investisiyalarından təxminən 100% dəyərində qazanc əldə etməsini təmin edib.

"Bitcoin"ə investisiya edən digər bir ölkə isə Butandır. Asiya ölkəsi olan Butan, "BTC" mədənçiliyindən əldə etdiyi aktivlərin dəyərini 1,1 milyard dollara çatdıraraq, ən böyük dördüncü "BTC" sahibi ölkə statusunu qazanıb. Başlanğıcda 770 milyon dollar dəyərində 13.036 "BTC"ə malik olan Butan, qiymət artımı ilə bu dəyəri daha da artırıb və rəsmi olaraq "BTC" saxlayan hökumətlərdən biri kimi fərqlənir.

Alman hökuməti isə fərqli bir strategiya tətbiq edib. Alman rəsmiləri, yay aylarında qanunsuz fəaliyyətlərə qarşı keçirdikləri əməliyyatlar nəticəsində əldə etdikləri "BTC"ləri satmağa qərar verib. Təxminən 50.000 "BTC"ni orta hesabla 54.000 dollar qiymətində satan Alman rəsmiləri 2,7 milyard dollar qazanc əldə ediblər.

Digər tərəfdən, "BTC"nin hazırkı bazar qiymətləri nəzərə alınsa, bu portfelin dəyəri indi 4,43 milyard dollar olardı. Alman hökuməti "BTC" aktivlərini saxlamaq qərarı versəydi, əlavə olaraq təxminən 1,73 milyard dollar qazanc əldə edəcəkdi.

Rəhim

Seçilən
26
valyuta.az

1Mənbələr