AZ

Qırğızıstan Prezidenti COP29-da dağ regionlarının iqlim problemlərindən danışıb

Bakı. Trend:

Qırğızıstan Prezidenti Sadır Japarov dağ regionlarınındavamlılığına və xüsusilə su ehtiyatları ilə bağlı iqlimdəyişikliyinin yaratdığı problemlərin həllinə daha çox diqqətyetirməyə çağırıb.

Trend xəbərverir ki, o, bu çağırışı Bakıda keçirilən COP29 çərçivəsində çıxışızamanı edib.

O qeyd edib ki, hər il Mərkəzi Asiyada iqlim dəyişikliyi iləəlaqədar kritik su ehtiyatları azalır ki, bu da dağlıq rayonlarınsu təchizatı, enerji təchizatı, ərzaq təhlükəsizliyi və ümumisosial-iqtisadi sabitliyə mənfi təsir göstərir.

Prezident dağ icmalarının üzləşdiyi unikal çağırışları vurğuladıvə qeyd etdi ki, bu regionların davamlı inkişafı bütün ərazininsabitliyi üçün çox vacibdir.

“Bu problemlər sərhədlərlə məhdudlaşmır, bu resurslardan asılıolan hər kəsin həyatına və dolanışığına təsir edir”, - deyənJaparov beynəlxalq ictimaiyyəti dağ ekosistemlərini qorumaq üçüntədbirlər görməyə çağırıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
25
2
az.trend.az

1Mənbələr