AZ

Çağlar Söyüncü və Fərdi Kadıoğlu hansı müddətə sıradan çıxıb?

Millətlər Liqasında noyabrın 16-da evdə Uels, noyabrın 19-da səfərdə Monteneqro ilə qarşılaşacaq Türkiyə yığmasında iki zədəli futbolçunun adı heyətdən çıxarılıb.

Söhbət ''Fənərbaxça''lı Çağlar Söyüncü ilə ''Brayton''lu Fərdi Kadıoğludan gedir. Son turda ''Sivasspor''la qarşılaşmanın artıq 12-ci dəqiqəsində zədələnərək əvəzlənən Çağların sol dizində problem aşkarlanıb. Onun təxminən 1 aylığa sıradan çıxdığı güman edilir. Fərdinin isə sol ayağının baş barmağı qırılıb. 25 yaşlı futbolçu zədə üzündən ''Mançester Siti''yə qarşı son matçı buraxmalı olmuşdu. Kadıoğlu bazar günü ''Fənərbaxça'' - ''Sivasspor'' qarşılaşmasını sürpriz şəkildə tribunadan təqib etmişdi.

''NTV''nin məlumatına görə Fərdi əməliyyatsız müalicə üsulunu seçsə, yaşıl meydanlara 2 aydan tez dönə bilməyəcək. Amma əməliyyat olunacağı halda o bir aya sağala bilər. Bu oyunçulardan başqa zədə üzündən ''Fənərbaxça''lı Aleksander Cikunun adı Qana, ''Qalatasaray''lı İsmael Yakobsun adı Seneqal, ''Beşiktaş''lı Milot Raşitsanın adı isə Kosovo yığmasının heyətindən çıxarılıb.

ƏLİ

Seçilən
16
football-plus.az

1Mənbələr