AZ

COP29: Avropanın tanınmış futbol klubları Bakıda bəyannamə imzalayacaqlar

"Bildiyiniz kimi, "Qarabağ" Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib. Bu da COP29 və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib".

Demokrat.az
xəbər verir ki,bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov Ağdam təmsilçisinin iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyans yaratması təşəbbüsü ilə çıxış etməsi barədə danışarkən deyib.

O bildirib ki, "Qarabağ" bu tədbiri Avropa Klublar Birliyi (ECA) ilə birgə təşkil edir: "Avropanın sayılıb-seçilən klubları dəvətimizi müsbət qarşılayıblar. Onu deyə bilərəm ki, əsasən Avropada iqlim dəyişikliyi ilə bağlı böyük işlər görən klublara üstünlük vermişik. Təqribən 10-12 təmsilçi paytaxtımıza səfər edəcək və müzakirələr aparacaqlar. Ümid edirəm ki, sonda bəyannamə imzalaya biləcəyik. Növbəti hədəf klub sayının artırılması və götürülmüş öhdəliklər üzərində olacaq".

Seçilən
5
16
demokrat.az

10Mənbələr