Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
Mia.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə olundu, yüksək səviyyəli qarışlılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin, sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.