AZ

Mehriban Əliyevadan TƏKLİF: “Gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın”

“Təklif edirəm ki, gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın. Bu yanaşma nəinki ciddi şəkildə vəsaitlərə qənaət edəcək, o cümlədən uçuşlar və böyük tədbirlər nəticəsində yaranan atılmaları, həmçinin ətraf mühitə təsiri azaldacaq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Birinci xanım qeyd edib ki, işçi qruplar təfərrüatlı müzakirələr və əlaqələndirmə üçün şəxsən görüşə bilərlər:  

“Növbəti konfransların təşkilinə gəldikdə təkliflə çıxış etmək istərdim. Təklif edirəm ki, gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın. Bu yanaşma nəinki ciddi şəkildə vəsaitlərə qənaət edəcək, o cümlədən uçuşlar və böyük tədbirlər nəticəsində yaranan atılmaları, həmçinin ətraf mühitə təsiri azaldacaq.

İşçi qruplar təfərrüatlı müzakirələr və əlaqələndirmə üçün şəxsən görüşə bilərlər. Lakin rəhbərlərin sammitləri videokonfrans formasında keçirilə bilər.

Bu, bizə resursları, səyləri və vaxtı hədəflənmiş məsələlərə yönəltmək imkanı yaradacaq və prosesi ətraf mühit baxımından daha uyğun edəcək”.

Bizim.Media

Seçilən
11
1
bizim.media

10Mənbələr