AZ

Təyyarə hava boşluğuna düşdü: yaralılar var

Almaniyanın "Lufthansa" aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan "Boinq 747-8" təyyarəsi Atlantik okeanı üzərində turbulent zonaya düşüb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb.

Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir.

Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib.

"Lufthansa" səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.

Milli.Az

Seçilən
6
2
milli.az

3Mənbələr