İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına yeni videomüraciət ünvanlayıb.
Publika.az xəbər verir ki, İsrail hökumətinin başçısının bəyanatları onun ofisi tərəfindən yayımlanıb.
O, ölkəsinin İranla müharibə istəmədiyini və dövlətlər arasındakı münasibətlərdəki bütün problemlərin Tehrandakı hakimiyyətdən qaynaqlandığını bildirib.
"İranın ali dini lideri Ayətullah Əli Xamenei rejimini İsraildən daha çox qorxudan bir şey var. Bu, siz İran xalqısınız", - Netanyahu deyib.
İsrail hökumətinin başçısı əlavə edib ki, Xamneyi rejimi hər gün zəifləyir, İsrail isə güclənir və dünya əvvəllər gücünün yalnız bir hissəsini görüb.
İsrailin baş naziri vurğulayıb ki, İranın oktyabrın 1-də İsrailə təşkil etdiyi raket hücumu Tehrana 2,3 milyard dollara başa gəlib. Netanyahunun sözlərinə görə, İsrailə qarşı növbəti hücum İran iqtisadiyyatına böyük ziyan vuracaq.