Fransa millisinin forvardı Kilian Mbappenin yaxın ətrafı, onun psixoloji problemlərinin olduğunu qeyd edirlər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Ekip" məlumat yayıb. 

Komanda yoldaşlarından biri belə deyib:

"Bunu necə istəyirsinizsə, anlaya bilərsiniz, amma Kilianın artıq bir neçə aydır psixoloji fəsadları var."

Digər həmkarı isə nitqində bu fikirlərə yer verib:

"Hər şey daha da mürəkkəbdir. Ən əsası odur ki, Kilian futbol oynamaqla yenidən xoşbəxtlik tapa bilər".