AZ

Medvedevdən Qərbə xəbərdarlıq

Ukraynaya qanadlı raketlər gətirilərsə, münaqişənin ən təhlükəli fazaya keçmə riski artacaq. Metbuat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə deyib. Sözügedən raketlərin müharibənin gedişatını dəyişməyəcəyini ifadə edən Medvedev bildirib ki, bu, münaqişənin ən təhlükəli mərhələyə keçmə riskini artıracaq. Medvedev bu barədə Prezident Vladimir Putinin xəbərdarlığını xatırladıb.

Qeyd edək ki, Almaniyanın Xristian Demokratik Birlik Partiyasının lideri Fridrix Merz baş nazir seçiləcəyi təqdirdə Rusiyaya müharibəni dayandırmaq üçün ultimatum verəcəyini açıqlayıb. O bildirib ki, Rusiya buna əməl etməsə, Almaniya Kiyevə “Taurus” qanadlı raketləri verərək və Kiyevin Rusiya ərazisini uzaqmənzilli silahlarla vurmasına imkan verəcək.

Seçilən
8
22
metbuat.az

10Mənbələr