AZ

Biləsuvarda məktəblərin istilik sistemi yenilənir

Biləsuvar rayonunda 6 məktəbin istilik sistemi yenilənir.

Bu barədə "Far.Az"un Muğan bürosuna Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Dəvrişli və Zəhmətabad kənd tam orta məktəblərində mərkəzi istilik sistemi - qazanxana binası tikilir. Həmçinin şəhər 6 saylı, Təzəkənd, Çaylı və Nərimankənd kənd tam orta məktəblərində kombi-qazla sistemi qurulur.

Həmçinin qeyd olunub ki, indiyə qədər Biləsuvar rayonu üzrə məktəblərdən 14-ü odun, 1-i elektrik, 19-u qaz, bağçalardan 6-sı qaz və 5-i odun istifadə olunmaqla qızdırılıb.

Seçilən
35
far.az

1Mənbələr