AZ

Hansı rayon və şəhərlərin hotelləri daha çox qazanıb?- SİYAHI

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan hotelləri 468,5 milyon manatdan çox gəlir əldə edib.

FED.az bu barədə Dövlət Statistika İdarəsinə istinadən xəbər verir.

Bakı hotellərin gəlirləri 296,2 milyon manatdan çox  olub.

Rayonlar üzrə ən yüksək gəliri 34,5 milyon manata yaxın olmaqla Qusardakı hotellər əldə edib.

Qəbələ hotelləri 29,9 milyon manat gəlirlə üçüncü, Quba hotelləri isə 24,3 milyon manat gəlirlə dördüncü olub.

İlk beşliyə hotelləri 14,2 milyon manat gəlir əldə edən Naftalan şəhəri də daxildir

Ən az gəlirlər isə Neftçala (3,6 min manat), Zərdab (6,3 min) və Ağdaş (14,99 min manat) hotellərinə məxsus olub.

Seçilən
20
fed.az

1Mənbələr