“Oyundan çıxandan sonra azarkeşlər məni ayaqüstə alqışlayanda çox duyğulandım”.
QOL.az xəbər verir ki, bu sözləri Türkiyə milli komandasının futbolçusu Kerem Aktürkoğlu deyib.
“Benfika”nın futbolçusu Türkiyə mediasına müsahibəsində portuqaliyalı azarkeşlər tərəfindən hər dəfə ayaqüstə alqışlanmasına münasibət bildirib. O deyib:
“Belə şeylər insanı daha fərqli motivasiya edir. Biz futbolçular həssas insanlarıq. Mən də eləyəm. Tribunada atam da əyləşmişdi. Həmin an onun yaşadıqlarını düşündüm, qürurlandığını hiss etdim.
Meydandan çıxdığım anda hisslərim çox fərqli idi. Bu, gözəl görüntüdür. İlk matçdan belə halla qarşılanmaq məni fərqli səviyəyə qaldırdı”.