1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mən bu cür toplantılara qatılanda nisbi optimizm hissləri keçirirəm".
Oxu.Az bildirir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.
O, Yunanıstanın Aralıq dənizi sahilində yerləşdiyini xatırladaraq, iqlim böhranı ilə üz-üzə olduqlarını vurğulayıb.
"Biz başa düşürük ki, həm iqlim keçidini sürətləndirməli, həm də uyğunlaşmaya daha çox diqqət yetirməliyik, çünki iqlim böhranı bu gün bizimlədir. Bu, təkcə 2050-ci ilə qədər xalis sıfıra çatmaq məsələsi deyil. Bu, həm də 2024 və 2025-ci illərdə vətəndaşlarımızı qorumaq məsələsidir. Bu balansı əldə etmək hamımızın rifahı üçün çox vacib olacaq", - Mitsotakis deyib.
Məhərrəm Əliyev