AZ

Onlar da ruslarla bərabər döyüşməyə başladılar

“KXDR-dən olan hərbi qulluqçular Kursk vilayətində rus qoşunları ilə birlikdə döyüş əməliyyatlarında iştirak etməyə başlayıblar”. 

“Cebheinfo.az” “Reuters”-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

"10 mindən çox Şimali Koreya əsgəri Rusiyanın şərqinə göndərilib və onların əksəriyyəti Kursk bölgəsinin ən qərbinə gedib. Orada Rusiya qüvvələri ilə döyüş əməliyyatlarında iştirak etməyə başlayıblar",-deyə Patel vurğulayıb.

“The New York Times” qəzetinin yazdığına görə, Kursk bölgəsində 50 min nəfərdən ibarət Rusiya hərbçilərinin qrupu toplanıb ki, bura rus əsgərləri ilə yanaşı, KXDR-dən olan hərbçilər də daxildir. Yaxın günlərdə qrupun Ukrayna Silahlı Qüvvələrinin qismən işğal etdiyi Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayacağı gözlənilir. Qəzetin həmsöhbətləri bildiriblər ki, hazırda Şimali Koreya qoşunları Kursk vilayətinin qərb hissəsində ruslarla döyüş koordinasiyasından keçir.

Seçilən
25
cebheinfo.az

1Mənbələr